"Neftçi"də istədiyi işi ona vermədilər, ərizə yazdı və getdi

21 Sentyabr 2022 14:40 Neftçi 1 440
"Neftçi"də istədiyi işi ona vermədilər, ərizə yazdı və getdi

«Neftçi»nin futbol akademiyasında məşqçi istefası baş verib.

U-19 komandasında çalışan Elçin Dərgahquliyev iş yerindən ayrılıb.

İlyas Qurbanovun köməkçisi buranı narazılıqla tərk edib.

Belə ki, vaxtilə «Qaradağ Lökbatan»ın sükanı arxasında dayanmış Dərgahquliyev akademiyanın baş koordinatoru Elşad Əhmədovla görüşərək, daha köməkçi kimi işləmək istəmədiyini bildirib, ona hansısa yaş qrupu üzrə komanda verilməsini xahiş eləyib.

Əhmədov isə «sənə baş məşqçi kimi tapşıracağımız komandamız yoxdur» söyləyib və beləcə, yollar ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti