"Neftçi" və "Qarabağ"ın formasını geyindi, Divizion klubuna keçdi - Rusiyada

20 Sentyabr 2022 22:40 Neftçi 1 165
"Neftçi" və "Qarabağ"ın formasını geyindi, Divizion klubuna keçdi - Rusiyada

"Neftçi" və "Qarabağ"ın sabiq legioneri Aylton Silva karyerasını Rusiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, braziliyalı sol cinah müdafiəçisi qonşu ölkənin "Rodina" klubuna keçib.

Bu barədə I Divizionda mübarizə aparan Moskava təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Aylton Silva 2015/2016 mövsümündə "Neftçi"də çıxış edib. O, 2019/2020 mövsümünü isə "Qarabağ"da keçirib. Futbolçunun son klubu Kipr "Pafos"u olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?