"Neftçi"də baş məşqçi ilə bu futbolçu arasında PROBLEM ÇIXDI - ŞİKAYƏT

20 Sentyabr 2022 13:00 Neftçi 1 810
"Neftçi"də baş məşqçi ilə bu futbolçu arasında PROBLEM ÇIXDI - ŞİKAYƏT

«Neftçi» bu mövsüm yenidən icarəyə götürdüyü Mert Çelik qış fasiləsində buranı tərk etmək təhlükəsi ilə üzləşib.

Buna səbəb Lorentsiu Regekampf ilə «Başakşehir»ə məxsus müdafiəçi arasında yaranmış problemdir.

Hər şey Premyer Liqanın 3-cü turunda «Sabah»la keçirilən matçdan başlayıb.

Belə ki, Masazırda rəqibinə 1:2 hesabıyla məğlub olan «ağ-qaralar»ın çalışdırıcısı qarşılaşmanın analizi zamanı arxa xətt oyunçularına narazılığını sərt şəkildə ifadə edib.

Mert ünvanına səsləndirioən iradları qəbul etməyib və bunu dilə gətirib. Və bu, rumıniyalı sükançısını bir qədər də qəzəbləndirib.

Odur-budur, Çelik çempionatın növbəti 4 turunda şans qazanmayıb.

Rumıniyanın ən qalmaqallı məşqçilərindən sayılan Regekampf millimizin üzvündən klub rəhbərliyinə şikayət edib.

Mertin xidmətində maraqlı olmadığını bildirib, onu intizamsız futbolçu kimi xarakterizə eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti