“Neftçi”yə bağlı tanınan persona özündən çıxdı: “Hanı onlar? Çemodanla pul tökürlər...”

19 Sentyabr 2022 22:20 Neftçi 1 456
“Neftçi”yə bağlı tanınan persona özündən çıxdı: “Hanı onlar? Çemodanla pul tökürlər...”

“Komanda görün neçə illərdir çempion ola bilmirdi.

Kim çempion etdi? Samir Abasov, azərbaycanlı məşqçi. Yayda onu yola saldılar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Flaqman Neftçi” azad avarkeş qrupunun təsisçisi və prezidenti olan Ceyhun Bədəlzadə deyib.

O, canı qədər sevdiyi “Neftçi”yə yerli məşqçinin rəhbərlik etməsinin və komandada azərbaycanlı futbolçuların oynamasının vacibliyini qeyd edib:

“Məgər Ayxan Abbasovu gətirə bilməzdilər? “Sumqayıt”da məhdud büdcə ilə nələr etdiyini hamımız görmüşük.

Bu gün də “Turan Tovuz” kimi bölgə klubunda bacarığını ortaya qoyur. Ayxanın, yaxud başqa bir istedadlı azərbaycanlı məşqçinin rumından nəyi əskikdir?

Futbolçulara qarşı münasibət də eynidir. Son bir neçə ildə “Neftçi”nin nə qədər futbolçusu komandadan uzaqlaşdırılıb.

Çox uzağa getməyək, Fəhmin Muradbəyli ilə Mirabdulla Abbasov. Hanı onlar? Niyə getməli idilər?

Dünənə qədər yaxşı oynayırdılar, bu gün alınmırsa, göndərmək, gözümçıxdıya salmaq lazımdır?

Saxla da, cavan uşaqlardır, bu gün oynamır, sabah oynayacaq.

Bir ildənbir məşqçini, heyəti dəyişirlər, çemodanla pul tökürlər, ortada heç nə yoxdur.

Mənə avrokubok maraqlıdır, orada da hər yay biabırçılıq olur”.

Digər Xəbərlər
Xəbər Lenti