"Neftçi" ilə müqaviləni pozmaqdan imtina etdi – Bu legioner

19 Sentyabr 2022 13:00 Neftçi 2 001
"Neftçi" ilə müqaviləni pozmaqdan imtina etdi – Bu legioner

«Neftçi»də üçüncü mövsümünü keçirən Mamadu Mbodj klub rəhbərliyinin təklifiniə cavab verib.

Seneqallı müdafiəçi gələn ilin yayında bitəcək müqaviləni vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında pozmaqla bağlı çağırışı geri çevirib.

Afrikalı legioner yeni baş məşqçi Lorentsiu Regekamfın ona güvənməsini əsas gətirərək, kontraktın sonuna kimi düşərgədə qalacağını bildirib.

Bununla bağlı Regekampfla müzakirə aparılıb. Rumıniyalı mütəxəssisə təzyiq göstərilir ki, afrikalı legionerə əsas heyətdə yer verməsin.

Bunu edən konkret olaraq Zaur Əzizovdur. Tranfser siyasətini təkbaşına müəyyənləşdirməklə kifayətlənməyən idman direktoru indi də bununla Regekamfpın heyətlə bağlı işlərinə qarışır.

Amma şərqi avropalı çalışdırıcı hələlik Əzizova müqavimət göstərə bilir. O, Mbodjun xidmətinə ehtiyac duyduğunu söyləyərək, idman direktorunun göstərişini yerinə yetirməkdən imtina edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti