“Neftçi”nin baş məşqçisi buna ehtiyac duymadı - Deyirlər, TOY OLACAQ...

17 Sentyabr 2022 20:00 Neftçi 1 178
“Neftçi”nin baş məşqçisi buna ehtiyac duymadı - Deyirlər, TOY OLACAQ...

Millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilə futbolçular üçün göydəndüşmə olub.

Yığma komandalara dəvət almayan oyunçular bir neçə gün dincəlmək imkanı qazanıb.

7-ci turdan sonra lider kürsüsündə dayanan “Neftçi”də üzlər gülür. Elə bu səbəbdən “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf komanda üzvlərinə 4 gün istirahət etmək imkanı yaradıb.

Solomon Kvirkveliya Gürcüstan, Yeqor Boqomolski Belarus millisinə dəvət aldığından, Bakını tərk edib.

Ataa Caber isə toyu səbəbindən İsrailə yola düşüb. Azərbaycan yığmasına dəvət alacaq futbolçular da düşərgəni tərk edəcək.

Rumın çalışdırıcı sentyabrın 21-də kollektivi başına yığıb hazırlığa davam edəcək. Lakin o, fasilə müddətində Premyer Liqa klubları ilə yoldaşlıq görüşünün keçirilməsinə ehtiyac duymayıb.

Rege sərəncamında qalacaq oyunçular və əvəzedici komandadan dəvət olunacaq bəzi gəncləri bir araya gətirməklə komandasının oyun təcrübəsindən əziyyət çəkməməsini planlayıb.

“Neftçi” Premyer Liqada növbəti görüşünü 8-ci tur çərçivəsində “Qarabağ”a qarşı keçirəcək. Oyun oktyabrın 1-də “Azersun Arena”da baş tutacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti