Bayılda "Forza Neftçi" nümunəsi - VİDEO

19 Sentyabr 2022 20:40 Neftçi 672
Bayılda "Forza Neftçi" nümunəsi - VİDEO

“Neftçi” Premyer Liqada növbəti qələbəsini “Səbail”lə matçda qazandı.

Bayılda 2:0 hesabıyla udduqları qarşılaşmada qonaqların “Forza Neftçi” azarkeş qrupunun 90 dəqiqə ərzində və sonra sərhəddə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısın alarkən şəhid olan qəhrəmanlarımızı sayğı ilə anması diqqətdən qaçmadı.

Onların "ASCO Arena"da qərarlaşdıqları tribunadan “Bünövrəsi millət olan evdə şəhidlər dayaqdır” yazılı böyük pankar asılmışdı.

Şəhidlərimizlə bağlı şuarlar səsləndirən tərəfdarlar oyundan sonra futbolçularla bərabər, qəhrəmanların şəninə xüsusi yazılmış təzahurat səsləndiribər:

Yarısı evliydi, yarsı nişanlı

Məktəbi qutarıb, dünən yarısı

Eləbil dərddi ki, anlatmaq olmur

Haqqıvı halal et, şəhid anası!

Azarkeşlər və futbolçularla vəhdətin yaratdığı gözəl görüntüləri sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"