"Neftçi"də problem nədir? – Emin Mahmudov da qola sevinmirsə…

17 Sentyabr 2022 14:00 Neftçi 1 731
"Neftçi"də problem nədir? – Emin Mahmudov da qola sevinmirsə…

7 tura 6 qələbə əla göstəricidir.

18 xal toplayan «Neftçi» turnir cədvəlinə başçılıq edir.

Nəticə mənasında işlər qaydasında gedir və yəqin ki, Lorentsiu Regekamf məmnundur. Niyə də olmasın, rəqəmlər imkan verir ki, rəhbərliyin qapısını təpiklə açsın.

Əlbəttə, «Neftçi»nin çempionluq yarışmasında yaxından iştirak eləməsi mühüm amildir. «Qarabağ» qızıl uğrunda mübarizə yalqız qalsa, day Premyer Liqanın nə ləzzəti olacaq ki…

Nə qədər çox iştirakçı bu mücadilədə yer alsa, biz sonadək gərgin rəqabət, maraqlı gedişat izləyəcəyik.

Tarixi ilə öyünən «Neftçi»nin istər maliyyə, istərsə də futbolçu potensialı böyükdür, genişdir və Regekamfın borcudur ki, bu klubun azarkeşlərini sevindirsin, onlara arzuladıqları titulu qazandırsın.

Açığı, inamnıram ki, rumıniyalı baş məşqçinin oynatdığı futbol fanatlara xoş gəlir. Qətiyyən inanmıram və kimsə də bunun belə olmamasına məni inandıra bilər.

«Neftçi» cansıxıcı və dağınıq üslubu ilə onu izləyən biri kimi məndə müsbət təəssürat yaratmır.

Ya rəqiblərin fərdi səhvləri, ya da bəxtin köməkliyi ilə qol/qollar vururlar. Rumıniyalı 3 aydır buradadır, hələ komandanın üzərində məşqçi əli görünmür.

Bəs deyirdilər, o, hücum futbolunun vurğunudur?

Bəs deyirdilər, o, dominant oyun tərzini aşılayacaq?

Bəs deyirdilər ki, o..?

«Neftçi»nin nəticələri ilə oyun keyfiyyəti arasında uçurum var. Bu uçurumun dərinləşməsi, düzünü deyim ki, məni narahat edir. İstəmirəm «Neftçi» qızıl savaşından tez uzaq düşsün.

Emin Mahmudov qol vurur, ürəkdən sevinmir. Üz cizgilərindən anlaşılır ki, kapitan belə, nədənsə narazı və narahatdır. Bu, ciddi siqnaldır. Sabahkı gün üçün çalınan həyacan siqnalı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti