"Neftçi"nin baş məşqçisi: "Mən qovulmamışam, başqa səbəb var"

16 Sentyabr 2022 20:20 Neftçi 1 069
"Neftçi"nin baş məşqçisi: "Mən qovulmamışam, başqa səbəb var"

"Mixay Rotaru heç vaxt məni komandadan qovmayıb.

Başqa səbəblər olub, sadəcə, indi bu barədə danışmağın mənası yoxdur".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf 2021/2022 mövsümündə başçılıq etdiyi Rumıniyada "Universitatya Krayova" an istefaya göndərilməsi barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis vəzifəsindən öz istəyilə ayrıldığını bildirib:

"Klub prezidenti Rotaru ilə yaxşı münasibətim var. Düşünürəm ki, əlimizdəki imkanlar daxilində çox yaxşı işlər gördüm. Həmin vaxt zədəli futbolçularımız da çox idi".

Laurentsiu Regekampf cari mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti