"Qarabağ"ın çıxışı "Neftçi"nin baş məşqçisinin gözünü qorxutdu

16 Sentyabr 2022 13:00 Neftçi 1 630
"Qarabağ"ın çıxışı "Neftçi"nin baş məşqçisinin gözünü qorxutdu

«Qarabağ»ın cari mövsüm avrokuboklarda sərgilədiyi oyun və qazandığı nəticələr «Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampfı heyrətləndirib.

İyunda «ağ-qaralar»ın sükanı arxasına keçən rumıniyalı mütəxəssis klub funksionerləri ilə söhbətində «köhlən atlar»ı «hər həftə inkişaf edən Avropa səviyyəli komanda» adlandırıb.

Şərqi avropalı çalışdırıcı etiraf edib ki, Ağdam təmsilçisi ilə ölkə çempionatında başabaş mübarizə aparmaq çətin olacaq.

O bildirib ki, «Qarabağ»ın futbolçuların seleksiyası daha yaxşı aparılıb, üstəlik, oturuşmuş heyəti var və bir-birlərini gözüyumlu başa düşürlər.

Regekamfp çempionluq titulunu onların əlindən geri almağın yalnız möcüzə sayəsində mümkün olacağını da gizlətməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!