"Neftçi"nin probleminin həlli nazirlikdən asılıdır – SON DURUM

14 Sentyabr 2022 13:00 Neftçi 1 483
"Neftçi"nin probleminin həlli nazirlikdən asılıdır – SON DURUM

Bu ilin əvvəlində «Neftçi» ilə 3 illik müqavilə bağlayan Azər Əliyev Azərbaycan yığmasında forma geyinməyə razılıq verib.

Bu barədə Bakı klubundan Sportinfo.az-a məlumat verilib.

«Ağ-qaralar»ın «Ufa»dan transfer etdiyi yarımmüdafiəçi bununla bağlı AFFA-ya məktub ünvanlayıb. Federasiya da öz növbəsində Gənclər və İdman Nazirliyini (GİN) həmin müraciətlə tanış edib.

Hələlik GİN Rusiya vətəndaşlığı daşıyan Əliyevin milliləşdirilməsinə dair təklifə münasibət bildirməyib. Prosesin ilin sonunadək müsbət həllini tapması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti