"Neftçi"nin istədiyi forvard yeni müqavilə təklifindən imtina etdi

13 Sentyabr 2022 03:40 Neftçi 1 412
"Neftçi"nin istədiyi forvard yeni müqavilə təklifindən imtina etdi

Qazaxıstan millisinin forvardı Abat Aymbetovun "Neftçi"nin transfer siyahısında yer alması barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, qazaxıstanlı hücumçunu istəyən tək klub "Neftçi" deyil.

Mənbənin məlumatına görə, 27 yaşlı forvard "Astana"nın yeni müqavilə təklifindən imtina edib.

Buna səbəb Aymbetovun legioner həyatı yaşamaq istəyidi. Ancaq onun qışda "Neftçi"yə keçib-keçməyəcəyi hələ ki, dəqiq deyil.

Qazaxıstan millisinin hücumçusu "Aktobe" yetirməsidi və karyerası ərzində "Krılya Sovetov", "Kayrat" klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!