"Neftçi"nin hücumçusunda sinir sıxılması – Problemi bilindi

13 Sentyabr 2022 00:40 Neftçi 1 086
"Neftçi"nin hücumçusunda sinir sıxılması – Problemi bilindi

Qəbələdə eyniadlı komandaya qarşı Azərbaycan Premyer Liqasının VI tur oyununda zədələnən "Neftçi"nin hücumçusu Qodsvey Donyonun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, qanalı legionerin ayağında hər hansı sınıq aşkarlanmayıb, sinir sıxılması müşahidə olunub.

28 yaşlı forvard özünü normal hiss etsə, ağrıları sakitləşsə, bu gün kollektiv hazırlığa qoşulacaq.

"Qəbələ" - "Neftçi" qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Donyo 54-cü dəqiqədə Yeqor Boqomolski ilə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti