“Neftçi” bu yola “Avtomobilçi” ilə çıxdı, indi isə…

12 Sentyabr 2022 13:40 Neftçi 1 012
“Neftçi” bu yola “Avtomobilçi” ilə çıxdı, indi isə…

“Neftçi” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.

Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.

Matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb. Paytaxt təmsilçisi “600”ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı “Neftçi” rəqib meydanındakı qol sayında mütləq rekordçudur.

“Ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!