Regekampfın "Neftçi" rəhbərliyinə verdiyi ÜSTÜÖRTÜLÜ MESAJLAR

11 Sentyabr 2022 20:00 Neftçi 1 682
Regekampfın "Neftçi" rəhbərliyinə verdiyi ÜSTÜÖRTÜLÜ MESAJLAR

«Neftçi» qələbə seriyasına Qəbələ səfərini də əlavə etdi.

«Sabah»a məğlubiyyətin ardınca 3 xal «ov»una çıxan paytaxt komandası hazırda turnir cədvəlinin zirvəsində yer alıb.

Nəticəyə əsaslansaq, durum qaydasında və nəzarətdədir. Media və azarkeş durmadan futbolçuları tərifləyir, çempionluq uğrunda mübarizədə «Qarabağ» və «Sabah»la başabaş mücadilə edəcəklərini proqnozlaşdırır.

Çox maraqlıdır ki, Lorentsiu Regekampf eyni fikri bölüşmür. Rumıniyalı çalışdırdığı kollektivin ən böyük tənqidçisi qismində çıxış edir. Onun «Qəbələ» ilə qarşılaşmaya verdiyi şəhrdə «birinci hissədə qocalar kimi oynayırdıq» ifadəsi nəyə desən, dəyər!

Sərəncamına verilənlərin potensialına bələd olan baş məşqçi bir tərəfdən onların səviyyəsinə diqqət çəkir, bir yandan da sərgilənən futbolun ürəyini açmamasına işarə vurur.

Bəlkə də bununla demək istəyir ki, transfer bazarında səlahiyyət özündə olsaydı, başqa seçimlər edər, fərqli heyət qurar, həmişə üstünlük verdiyi hücum futbolu oynadardı.

Regekampf qələbə qazandıqları matçdan sonra bu cür üstüörtülü eyhamlar vurur, bilin, uduzacağı oyunlardan sonra daha belə danışmayacaq, birbaşa mesajlar verəcək.

11 ildə 17 klub dəyişmiş məşqçidir, «Neftçi» olmayacaq, başqa yerə gedəcək, amma sözünü yenə deyəcək. Rumıniyalı futbol adamları ilə şərti şumda kəsmək demək olar qeyri-mümkündür.

Onların sövdələşmə şərtlərinə sadiq qalması suya atılan imza ilə eynidir. Bu gün sussalar da, sabah mütləq dillənəcəklər.

Regekampfın da həmyerlisi olan həmkarlarının yolu ilə gedəcəyi qənaətindəyəm.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"