"Bizim kimi komandada bu səviyyədə belə səhvlər olmalı deyil" - Regekampf

10 Sentyabr 2022 20:30 Neftçi 796
"Bizim kimi komandada bu səviyyədə belə səhvlər olmalı deyil" - Regekampf

"Üç xala görə futbolçularımı təbrik edirəm. Yenə də iki fərqli hissə gördük. İlk yarıda komandam yaşlı insanların oynadığı kimi futbol göstərdi. İkinci hissədə isə oynamalı olduğumuz kimi oynadıq. Analiz edəcəyik, bu barədə futbolçularla danışacağıq. İlk hissədə çoxlu səhvlər etdik. Bizim kimi komandada, bu səviyyədə belə səhvlər olmalı deyil. Top saxlayırdıq, təhlükəli epizodlar yaradırdıq. Amma bu gün son nöqtələri qoymaqda zəif olduq. Biz düzgün qərarlar verə bilmirdik. Özümüz özümüzü çətinliyə salırdıq. Ona görə də iki fərqli hissə oldu. Bu cür oyunlar xoşuma gəlmir. Əgər ikinci hissədə qol epizodları varsa, üçüncü və dördüncü qolu da vurmaq lazımdı. Çünki futbolda son 2-3 dəqiqədə çox şey baş verə bilir. Amma bu gün üç xal qazandıq. Hər epizodu analiz edəcəyik. Növbəti oyuna konsentrasiya olacağıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Premyer Liqanın 6-cı turunun "Qəbələ" - "Neftçi" görüşündən sonra qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf deyib. Rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavabıandırıb.

- Nəyin sayəsində oyunu dəyişə bildiniz?
- Fasilədə oyunçularla çox danışmadım. Sadəcə olaraq, həmin anda düzgün qərar verməliydim. İki oyunçu dəyişdim. Rəqib sağ cinahımızdan çox hücumlar edirdi. Oyuna İsmayıl Zülfüqarlını buraxdım ki, hücumda bizə kömək etsin. Vurduğumuz birinci qolda da yaxşı assist etdi. Ata Caber də son nöqtəni yaxşı qoydu. Oyunçularıma fasilədə dedim ki, çox epizodlar yarada bilərdik, amma hərəkət etmək lazımdı. Futbolçular hərəkət etmirdi. Hamısı ayağa istəyirdi topu. Dediyim kimi, ilk yarıda qocalar kimi futbol oynayırdıq. Onlara tapşırıq verdim ki, qapıya tərəf hərəkət etsinlər, topla çox oynasınlar.

- Ömər Buludov sanki "Neftçi"nin səviyyəsində deyil. Komandaya nə vaxt səviyyəli sağ cinah müdafiəçisi gələcək?
- Üzrlü sayın, amma mən bu cür görmədim. Ömərin son oyununa baxsaq, çox yaxşı idi. Bu gün ilk hissədə 1-2 səhvlər etdi. Bilirik ki, onun hücumdakı effekti İsmayıldakı kimi deyil. Amma bəzən müdafiə cəhətdən də bizə kömək etməlidi. İki yerli, sağ cinah müdafiəçisi, gələcəyi olan futbolçumuz var. Gəncdilər, hələ öyrənməlidilər. Qarşıdakı periodda bizə köməkləri dəyəcək. Öməri qol buraxdığımıza görə dəyişmədim. Sadəcə olaraq, İsmayılı ona görə meydana buraxdım ki, bizə hücumda daha çox köməyi dəysin. Sol və sağ cinah arasında balansa baxsaq, sol cinahdan heç nə yarada bilmədik. Azər Əliyev səviyyəsini qoruyub-saxlamalıdı. Eyni ambissiya ilə oynamalıdı. O, bizim üçün yaxşı futbolçudu, köməyi dəyə bilər. Ancaq hər zaman səviyyəsini qorumalıdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!