"Neftçi"nin baş məşqçisi rəhbərliyə şikayət edənlərə sərt üzünü göstərdi

10 Sentyabr 2022 13:00 Neftçi 2 675
"Neftçi"nin baş məşqçisi rəhbərliyə şikayət edənlərə sərt üzünü göstərdi

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampf bəzi futbolçulara sərt xəbərdarlıq edib.

Rumıniyalı ondan narazı oyunçulara yalnız öz işi ilə məşğul olmağı tapşırıb.

İyunda görəvə gələn mütəxəssisə xoş gəlməyən hal komanda üzvlərinin funksionerlərə etdiyi şikayətdir.

Belə ki, onlar gündəlik məşq prosesinin ağırlığından, topsuz çalışmaların üstünlük təşkil eləməsindən məmnun deyil.

Regekampf tapşırıb ki, kimin nə sözü varsa, gəlib onu söyləyə bilər, rəhbər şəxslərin qapısını döymək isə qadağandır.

O, bu kimi halların təkrarlanaağı təqdirdə, sərt cəza tədbioləri görəcəyini gizlətməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?