“Krılya Sovetov”da çıxış etmiş hücumçu "Neftçi"nin maraq dairəsində

10 Sentyabr 2022 01:50 Neftçi 2 360
“Krılya Sovetov”da çıxış etmiş hücumçu "Neftçi"nin maraq dairəsində

"Neftçi" hücum xəttini gücləndirmək üçün bir neçə futbolçunu transfer siyahısına daxil edib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, hazırda "ağ-qaralar"ın siyahısında bir neçə hücumçunun adı yer alıb.

Son günlərdə isə siyahıya Qazaxıstan millisinin forvardı Abat Aymbetovu daxil edilib.

2019-cu ildə Qazaxıstan millisində debüt etmiş 27 yaşlı forvard 19 görüşdə 4 qol vura bilib. “Aktobe”nin yetirməsi olan hücumçu “Kayrat” və “Krılya Sovetov”da da çıxış edib.

O, 2022-ci ildə “Astana”ya keçmişdi. Mənbənin iddiasına görə, Qazaxıstan klubu ilə müqaviləsi dekabrın 31-də başa çatacaq Aymbetovun məhz dövrələrarası fasilədə “Neftçi”yə keçməsi gündəmə gələ bilər.

Aymbetov Qazaxıstan millisinin heyətində Millətlər Liqasının C liqasının 3-cü qrupunun Azərbaycanla görüşündə dubl edərək yığmasına qələbə qazandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?