“Forza Neftçi”ni bu addımı atmağa kim məcbur etdi? – BÖYÜK ŞÜBHƏ

9 Sentyabr 2022 22:20 Neftçi 2 202
“Forza Neftçi”ni bu addımı atmağa kim məcbur etdi? – BÖYÜK ŞÜBHƏ

Təxminən 10 gün əvvəl bir qrup “Neftçi” azarkeşinin cənab Prezident İlham Əliyevə müraciət ünvanlaması ilə bağlı mətbuata məlumat verilmişdi.

Məktubun məğzi azarkeşlərin komandanın hazırkı durumundan narazı olması və klub rəhbərliyində mütləq dəyişikliklərlə bağlı idi.

Onlar ölkə başçısından kütləvi islahatlarla bağlı kömək istədiklərini bəyan edib.

Həmin an “Neftçi”nin tanınmış azarkeş qruplarından olan “Forza Neftçi” “feysbuk” səhifəsində paylaşım etməklə diqqət çəkmişdi:

“Forza Neftçi” azarkeş qrupu olaraq bildirmək istəyirik ki, gündəmdə olan məktubla heç bir əlaqəmiz yoxdur. Bu və digər məsələlərdə adımızdan bizdən xəbərsiz şəkildə istifadə etməməyiniz məsləhət görülür”.

“Forzalılar”ın məlum paylaşımı qınağa səbəb olmuşdu. Ki, “Forza Neftçi” klub rəhbərliyindən maliyyə dəstəyi alır deyə, komandanın indiki halından məmnunluq ifadə edir və rəhbərlik səviyyəsində dəyişikliyə lüzum görmürlər.

Hətta “Forza Neftçi”nin tərkibində olan bir neçə azarkeş də paylaşımın yersiz olduğunu etiraf etmişdi.

Üstündən bir neçə gün keçəndən sonra “feysbuk” səhifəsində yazılan həmin elan silindi. Niyə? Nə üçün? Kim tərəfindən?

Bu və digər sualların cavabını işin içində olanlar yaxşı bilər.

Kənardan görünən odur ki, “Neftçi”nin tanınmış azarkeş qrupu belə, birləşməkdə, ortaya vahid ideya qoymaqda çətinlik çəkir.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti