“Neftçi”: İsrailli geri dönür, gürcü isə 3-4 həftə…

6 Sentyabr 2022 02:30 Neftçi 1 424
“Neftçi”: İsrailli geri dönür, gürcü isə 3-4 həftə…

“Neftçi”nin zədəli futbolçuları Kenni Sayef və Vato Arveladzenin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 3-də “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” matçından əvvəl baş tutan yüngül məşq zamanı zədələnmiş Kenni Sayef, həmçinin onun əvəzinə adı start heyətinə salınmış və matçın ilk hissəsində eyni aqibəti yaşamış Vato Arveladze müayinədən keçib.

Bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı açıqlama verib.

Baş həkimin verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir.

Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək. Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.

Digər Xəbərlər
Xəbər Lenti