“Neftçi”də “Neftçi”lik qalmayıb - Baxıram, əsəbləşirəm, özümə yer tapa bilmirəm”

5 Sentyabr 2022 20:40 Neftçi 2 234
“Neftçi”də “Neftçi”lik qalmayıb - Baxıram, əsəbləşirəm, özümə yer tapa bilmirəm”

“Neftçi”də “Neftçi”lik qalmayıb.

Baş məşqçi xarici, köməkçiləri xarici, komandanın yarısı legioner.

Orada tam “Neftçi”li hesab edə biləcəyimiz bir Emin Mahmudov var, vəssalam”.

“Neftçi”nin kifayət qədər tanınan stajlı azarkeşlərindən olan Ceyhun Bədəlzadə Sportinfo.az –a açıqlamasında illərdir könül verdiyi “ağ-qaralar”ın hazırkı durumu haqda danışıb.

1999-cu ildə yaradılan və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən “Flaqman Neftçi” azad avarkeş qrupunun təsisçisi və prezidenti olan Bədəlzadə rəhbərliyin işindən razı deyil.

Ona ən çox təsir edən “Neftçi”nin əcnəbilərə tapşırılması, rəhbərliyin kluba dırnaqarası baxmasıdır: Komandanı elə günə qoyublar ki, adam oyuna baxmaq istəmir.

Baxıram, əsəbləşirəm, neçə gün özümə yer tapa bilmirəm. “Sumqayıt”ı udmaq üçün Rumıniyadan məşqçi gətirmək lazım idi?

Bizə xarici mütəxəssis niyə lazımdır? Avrokuboklarda nəticə qazanmaq üçün. Düzdür?

“Neftçi” bu məşqçi ilə nə etdi? Güc-bəla ilə bir mərhələ adladı, o da azarkeşlərin hesabına. Çempionatda dünən yaranmış “Sabah”a uduzdu,

“Qarabağ”la bilinmir necə oynayacaq. Xarici məşqçi avrokuboklarda üzümü güldürməyəndən sonra neyləyirəm “Sumqayıt”, “Kəpəz”i, ya da başqasını məğlub etməyini?

Klubda hər kəs öz marağını güdür. Bu aydan o biri aya keçəndə sevinirlər ki, maaş alacağıq.

Maaşı aldılar, yeyib-içdilər, vəssalam, işlərini gördülər. Bu, həqiqətən belədir”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti