“Neftçi”də rəhbərlik və idarəçilik modeli dəyişməsə… BU VİDEOYA DİQQƏT!

5 Sentyabr 2022 17:20 Neftçi 1 036
“Neftçi”də rəhbərlik və idarəçilik modeli dəyişməsə… BU VİDEOYA DİQQƏT!

Bugünlərdə mətbuatda və sosial şəbəkələrdə “Neftçi”nin stajlı fanatlarının Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə məktub ünvanladığı ilə bağlı xəbərlər yer alıb.

“Sportinfo TV”də yayımlanan “Futbol söhbəti” verilişinin aparıcısı Elçin Cəfərov “ağ-qaralar”ın düşərgəsində cərəyan edən proseslərə münasibət bildirib.

Tanınmış aparıcı-ekspert deyib ki, “Neftçi” azarkeşlərinin dövlət başçısına müraciət etməsi problemin ciddiliyini göstərir:

“Açıq deməliyik ki, “Neftçi” 10 ilə yaxındır tənəzzül içindədir. Hətta 1 il öncə çempionluğu belə, son saniyədə təsadüfi qolla rəsmiləşdilər.

Burada bir məqam da var və bizi bunu dəfələrlə bildirmişik - xalq komandası adlandırılan və hamisi SOCAR olan klub yarımçıq heyətlə azarkeşlərin əsəbi ilə oynamamalıdır.

MDB məkanında ad qazanan və “Qazprom”un sponsorluq etdiyi “Zenit”i götürək. “Neftçi” və “Zenit”in idarəetmə sistemi arasında yerlə göy qədər fərq var.

Qəribədir, qonşu Gürcüstan millisinə sponsorluq edən, stadionların tikilməsinə, infrastrukturların qurulmasına böyük vəsait ayıran SOCAR-ın maliyyələşdirdiyi “Neftçi” kimi tarixi klub bu vəziyyətdə olmaldırmı?

“Neftçi” qeyri-peşəkar idarəçilik üzündən normal nəticələr qazana bilmir, yanlış transfer siyasəti aparır. Bu vəziyyət nəvaxta kimi davam edəcək?

Hamımız deyirik ki, “Qarabağ”a ölkə çempionatında lazimi rəqabət lazımdır. Əks halda ağdamlılar da tezliklə beynəxalq arenada uğursuz olacaq.

Tək əldən səs çıxmaz. “Neftçi”dəki yarıtmaz idarəçilik və hökm sürən xaos Konfrans Liqasında “Aris” kimi komandanın qarşısında az qala aciz qalmasına, “Rapid”ə biabırcasına məğlub olmasına gətirib çıxardı.

Halbuki həmin “Rapid”i öz çempionatı olmayan Lixteynşteyndən “Vadus” turnirdən kənarlaşdırdı və qrup mərhələsinə vəsiqə qazandı.

“Neftçi”nin idarəçiliyində dəyişikliklər edilməli və ona normal vəsait ayrılmalıdır ki, “Qarabağ” səviyyəsində daha bir klubumuz Avropada bizi sevindirə bilsin”.

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti