Azərbaycan Premyer Liqasının V turunda daha bir görüş keçirilib.
Sportinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "Sumqayıt"ı böyük hesabla məğlub edib – 3:0.
"Ağ-qaralar"dan qolları 19-cu dəqiqədə Ataa Caber, 55-ci dəqiqədə penaltidən Emin Mahmudov və 77-ci dəqiqədə Rəhman Hacıyev vurub.
Bu qələbədən sonra paytaxt klubu xalını 12-yə çatdıraraq 3-cü pilləyə yüksəlib. Hazırda "Qarabağ" və "Sabah" da "Neftçi" ilə eyni xala malikdir
. Sadəcə, Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektiv rəqiblərindən bir oyun artıq keçirib.
Qələbə və qol üzünə həsrət qalan "Sumqayıt" isə 2 xalla 8-ci pillədə qalıb.

