“Zirə” üzərində qazandığımız qələbənin əsas memarı onlardır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yeni hücumçusu Qodsvey Donyo deyib.
Qanalı “11 nömrə”, həmişə olduğu kimi, son qələbədə əsas pay sahibi kimi azarkeşləri göstərib, daha xoş təsir bağışlayacağından söz açıb:
“Onlar verdikləri dəstəklə stadionda əla ab-hava yaratmışdılar. Açığı, tribunalarda o cür ab-hava görmək adamı ruhlandırır.
Ev-səfər bilmədən hər dəfə yanımızda olduqlarını göstərirlər. Biz də onların ümidlərini doğrultmaq üçün əlimizdən gələni edirik.
Buraxdığımız səhvlərdən nəticə çıxarır, onları təkrarlamamağa çalışırıq. Oyundan oyuna daha parlaq “Neftçi” görəcəksiz”.

