“Neftçi”də gərginlik pik həddə: “Qorxurlar Kamran Quliyev gedər, bunlar ac qalar”

3 Sentyabr 2022 16:00 Neftçi 1 948
“Neftçi”də gərginlik pik həddə: “Qorxurlar Kamran Quliyev gedər, bunlar ac qalar”

Konfrans Liqasında cəmi bir mərhələ keçməklə növbəti avrokubok uğursuzluğu yaşayan “Neftçi” azarkeşlərinə böyük məyusluq yaşatdı.

Ötən mövsüm ölkə çempionluğu və ölkə kubokunun əldən çıxmasının üzərinə bir də bu üzüntü gəlincə, çox minli “Neftçi” azarkeşləri radikal addım atmaq qərarına gəlib.

“Ağ-qaralar”ın stajlı fanatları Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə məktub ünvanlayıb.

Namədə ölkə başçısının futbola xüsusi diqqət və qayğı göstərməsinə rəğmən Azərbaycan futbolunun klub və milli səviyyəsində məyusedici durumda olduğu öz əksini tapıb.

Məktubun məğzi “Neftçi”nin üzləşdiyi durumla bağlıdır ki, Cənab prezidentə müraciətdə klubda islahatların aparılmasının vacibliyi xüsusi vurğulanıb.

Məlum müraciət yerli saytlarda dərc olunandan sonra sosial şəbəkələrdə də yayıldı və haqlı olaraq geniş müzakirələrə yol açdı. Və belə bir vəziyyətdə “Neftçi” azarkeşlərinin iki yerə parçalanması üzə çıxdı: “Neftçi”nin indiki halından məmnun olan “Forza Neftçi”lilər və onlarla əks fikirdə olan sıravi azarkeşlər.

15:20 Hadisə 88

Məşhur futbolçu 35 yaşında ölkəsinə qayıtdı, 2 illik müqavilə bağladı

Tanınmış avarkeş qrupu dərhal bəyənat yaydı:

“Forza Neftçi” azar azarkeş qrupu olaraq bildirmək istəyirik ki, gündəmdə olan məktubla heç bir əlaqəmiz yoxdur. Bu və digər məsələlərdə adımızdan bizdən xəbərsiz şəkildə istifadə etməməyiniz məsləhət görülür.

Şənbə günü oyuna gəlməyiniz və dəstəyinizi stadionda göstərməyiniz tövsiyə olunur”.

Bu paylaşımdan sonra vəziyyət arzuolunmaz həddə çatıb. “Forza Neftçi”nin ortaya qoyduğu mövqe insanlarda bu qrupda təmsil olunanların azad azarkeşdən muzdlu azarkeşə çevrilməsi təəssüratı yaradıb.

Ali Aliyev ad-soyadlı “feysbuk” istifadəçisinin yazdığı şərhə diqqət yetirək:

“Burada “düzgün deyil” yazanlar var e, elə o azarkeşlərdir klubu pis günə qoyub, Kamrana (“Neftçi”nin prezidenti Kamran Quliyev – red.) yaltaqlıq edib 5-10 manat alanlar. Qorxurlar Kamran gedər, bunlar ac qalar. Pul alıb kluba dəstək olurlar, adlarını da qoyublar “Neftçi”ni ürəkdən sevən azarkeşlər”.

Məşhur futbolçu 35 yaşında ölkəsinə qayıtdı, 2 illik müqavilə bağladı

“Forzalılar”ın klub rəhbərliyindən pul alıb-almadığını iddia etmək çətindir. Necə deyərlər, tutulmayan oğru deyir.

Amma bir məsələ var ki, adamı dərindən, çox dərindən düşünməyə vadar edir.

“Forza Neftçi” bu ilin yayına qədər klub rəhbərliyində təmsil olunanlara, eləcə də məşqçi və futbolçulara sərt mövqe nümayiş etdirirdi. Hətta Samir Abasov komandanı 7 illik fasilədən sonra çempion edəndə belə, azarkeşlərin qəzəbi açıq-aşkar görünürdü.

Dünənə qədər tribunada dayanıb Kamran Quliyevi, Ceyhun Sultanovu, məşqçi və futbolçuları istefaya səsləyən, mətbuata hər açıqlamasında “Neftçi” rəhbərliyini “ağ yuyub, qara sərən” qrupun rəhbəri Sübhan Əliyev və digər bir neçə fəal xeyli vaxtdır ortalıqda yoxdur.

“Neftçi” “Aris”ə səfərdə məğlub oldu, “Forza Neftçi”dən səs çıxmadı, keçilməsi mümkün rəqib “Rapid”ə boyun əydi, yenə səs çıxmadı. Hətta çempionatda “Sabah”a məğlub olması da “forzalılar”ın “tükünü tərpətmədi”.

İndi isə ölkə başçısına yazılan məktubun onlara aid olmadığını deyir, “Neftçi” rəhbərliyinin yürütdüyü siyasətdən və komandanın hazırkı durumundan açıq şəkildə razılıq nümayiş etdirirlər.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti