«Neftçi» rəhbərliyi Mamadu Mbodju bu ilin sonunda komandadan göndərmək istəyir.
Üç ildir ölkəmizdə çıxış edən seneqallı müdafiəçinin sözləşməsi gələn ilin yayında başa çatmalı olsa da, funksionerlər onunla sözləşməyə vaxtından əvvəl xitam vermək niyyətindədir.
Bununla bağlı baş məşqçi Lorentsiu Regekampfla müzakirə aparılıb. Rumıniyalı mütəxəssisə təzyiq göstərilir ki, afrikalı legionerə əsas heyətdə yer verməsin.
Bunu edən konkret olaraq Zaur Əzizovdur. Tranfser siyasətini təkbaşına müəyyənləşdirməklə kifayətlənməyən idman direktoru indi də bununla Regekamfpın heyətlə bağlı işlərinə qarışır.
Amma şərqi avropalı çalışdırıcı hələlik Əzizova müqavimət göstərə bilir. O, Mbodjun xidmətinə ehtiyac duyduğunu söyləyərək, idman direktorunun göstərişini yerinə yetirməkdən imtina edir.
SPORTİNFO.AZ

