“Neftçi”nin bu ilində böyük ümidlərlə heyətinə qatdığı Gilyerme Patodan hələ ki, lazım olan faydanı görmür.
Samir Abasovun dönəmində az-çox şans qazanan braziliyalı Laurentsiu Regekampfın gəlişindən sonra meydan üzünə həsrət qalıb.
21 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 2 oyunda cəmi 85 dəqiqə şans qazanıbsa, Konfrans Liqasında 3 matçda vur-tut 23 dəqiqə meydanda olub. Ümumiləşdirsək, 5 görüşdə 105 dəqiqə.
Pato məlum vəziyyətdən qəti narahat deyil. Məşqini edir, dostları ilə gün keçirir, Bakının gözəlliyindən həzz alır və ən əsası pulunu qazanır.
“Neftçi”də əsas heyətə düşə bilməyən “sambaçı”nın “Dalğa Beach”in qapılarından içəri daxil olmaqla bağlı problemi yoxdur.
Bir neçə gün öncə sevgilisi ilə birgə sözügedən məkanda istirahət edib ki, həmin gün çəkilmiş şəkil və videoları “instagram” hesabında yerləşdirib.
HƏBİB / SPORTİNFO.AZ
Həmin videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

