SOCAR “Neftçi”nin idman direktoru Zaur Əzizovun faəliyyətindən kəskin narazıdır.
Neft şirkətinin təmsilçiləri bununla bağlı mövqeyini klub rəhbərliyinə çatdırıb.
“Ağ-qaralar”ın baş sponsoru olan təşkilatı hiddətləndirən səbəb yay transferlərinə külli miqadarda vəsait xərclənməsinə baxmayaraq, komandanın avrokuboklarda fiaskoya uğramasıdır.
Burada isə ən böyük məsuliyyət Z.Əzizovun üzərinə düşür. Çünki ötən ilin dekabrında “Qəbələ”dən bura gələn funksionerin gözləntilərin altında qalıb, verdiyi vədlərin heç birini yerinə yetirməyib.
Konfrans Liqasında minimum 2 mərhələ keçmək tapşırığı icra olunmayıb və bu, idman direktorunun klubun ən uğursuz idarəçilərindən biri kimi artıq tarixə
Bakılılar ötən mövsüm çempionluq titulunu “Qarabağ”a verməli olub. Əzizovun təyinatı ilə çöküş başlayıb və sonda “köhlən atlar”la 19 xallıq fərq yaranıb.
Yeni idman direktorunun yarıtmaz transfer fəaliyyəti nəticəsində komanda ölkə kubokunda da yarımfinal səddini aşa bilməyib.
O, iyunda Samir Abasovun postundan kənarlaşdırılmasına nail olmaqla “sudan quru çıxsa” da, yeni baş məşqçinin seçilməsinin uzun zaman alması Əzizovun passivinə yazıldı.
Əsas səlahiyyətləri öz əlində cəmləyən, namizəd məşqçilərdən transfer bazarından uzaq dayanmasını tələb edən fiqurant yalnız sonda Lorentsiu Regkampfı yola gətirə bildi, o da özündən betər uğursuz nəticə göstərdi.
Hər halda “Neftçi”nin reytinqinə görə Avropanın üçüncü dərəcəli klub yarışmasında yalnız 1 mərhələ adlaması Əzizovun reputasiyasına növbəti zərbəni vurdu.
SPORTİNFO.AZ

