Rumıniyalı menecerlər "Neftçi"nin baş məşqçisindən niyə inciyib?

31 Avqust 2022 14:00 Neftçi 1 097
Rumıniyalı menecerlər "Neftçi"nin baş məşqçisindən niyə inciyib?

«Neftçi»nin baş məşqçisi Lorentsiu Regekampfın rumıniyalı menecerlərlə münasibətində soyuqluq əmələ gəlib.

İyunda «ağ-qaralar»la 2 illik müqavilə imzalayan çalışdırıcı uzun illər ərzində yaxın ilişkilər qurduğu agentlərin ona təklif etdiyi futbolçuların heç birini Azərbaycana gətirə bilməyib.

20-yə yaxın belə oyunçu var ki, Regekampf xidmətinə maraq göstərib, lakin klub rəhbərliyi ilə anlaşmanın ziddinə getmək istəməyib.

Razılaşma isə bundan ibarətdir: o, komandanı çalışdırdığı müddətdə transfer bazarına qarışmayacaq. Rumının işi ancaq məşq keçməkdən ibarət olacaq.

Yeni futbolçuların alınması idman direktorunun səlahiyyətləri arasına daxil edilib. Onlarla danışıqlar aparmaq, maliyyə şərtlərini müzakirə etmək yalnız Zaur Əzizovun görəvidir.

Maraqlıdır ki, «Neftçi» bu arada məşhur rumıniyalı menecer Anamariya Prodanla əlaqələrini yaxınlaşdırıb.

Vaxtilə «Xəzər Lənkəran»la işbirliyi qurmuş, həmyerlisi Mirça Rednikin vasitəsilə bura 10-dan artıq futbolçu gətirmiş agent indi də «ağ-qaralar»la sıx təmas qurub.

Zaur Əzizovla sıx təmas halında olan Prodan artıq ona bir neçə legionerin xidmətini təklifi edib.

Bu yaxınlığın ən diqqətçəkən tərəfi Anamariyanın Regekampfın keçmiş həyat yoldaşı olmasıdır. Rumın mütəxəssis bir müddət əvvəl ondan ayrılıb.

Regekampfla evliliyindən bir oğlu dünyaya gələn Prodanla onu xəyanətdə ittiham edir və məhkəməyə verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti