“Neftçi” problemlə üzləşdi, “dəyişək“ dedi, razılaşdılar

31 Avqust 2022 02:20 Neftçi 1 766
“Neftçi” problemlə üzləşdi, “dəyişək“ dedi, razılaşdılar

Premyer Liqada “Neftçi” ilə “Səbail” arasında keçiriləcək matçın yeri dəyişdirilib.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Bakcell Arena"nın qazonunda aparılacaq yeniləmə işləri ilə əlaqədar “Neftçi” 7-ci turda “Səbail”lə matçını səfərdə oynanılmasını istəyib.

"Səbail" buna razılıq verdiyindən, ilk dövrənin oyunu "ASCO Arena"da baş tutacaq.

İkinci dövrənin 15-ci turundakı “Neftçi” “Səbail” oyunu isə "Bakcell Arena"da oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?