“Neftçi”nin hücumçusu qol vurdu, asist etdi, narazı qaldı - MARAQLI AÇIQLAMA

30 Avqust 2022 19:40 Neftçi 1 831
“Neftçi”nin hücumçusu qol vurdu, asist etdi, narazı qaldı - MARAQLI AÇIQLAMA

“Azarkeşlər üçün maraqlı, özümüz üçün gərgin oyun alındığını düşünürəm.

Yekunda hədəfə çatmağımız lap yaxşı oldu”.

Bu sözləri Sportinfo.az-a “Neftçi” – “Zirə” oyunu ilə bağlı danışan “ağ-qaralar”ın hücumçusu Qodsvey Donyo deyib.

Rəşad Sadıqovun komandasının məğlub edilməsində bu futbolçunun böyük rolu oldu. Qanalı forvard ilk hissədə özü qol vurdu, fasilədən sonra Azər Əliyevin fərqləndiyi epizodda asist müəllifi kimi yadda qaldı.

Buna baxmayaraq, Donyo hazırkı performansından tam razı deyil:

“Bəli, 1 qol vurdum, 1 qol ötürməsi verdim. Amma bu, fantastik oynamağım anlamına gəlməməlidir.

Çünki nəyə qadir olduğumu bilirəm və bundan artığını edə biləcəyimə əminəm. Fikrimcə, zamanla həm mən, həm də komanda yoldaşlarım indikindən də yaxşı oynayacaq”.

“Neftçi” 4 oyundan sonra topladığı 9 xalla “Qarabağ” və “Qəbələ” ilə birgə 2-4-cü yerləri bölüşür. “Köhlən atlar” əsas rəqibləri ilə müqayisədə 1 oyun az keçirib.

Donyo isə mövsümün əvvəlindən bu yana ağ-qara formada meydana çıxdığı 7 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti