"Neftçi"nin yeni transferi vəd verdi: "Mən daha yaxşı oynayacam"

30 Avqust 2022 14:20 Neftçi 1 279
"Neftçi"nin yeni transferi vəd verdi: "Mən daha yaxşı oynayacam"

“Neftçi”nin yeni transferi Vato Arveladze müsahibə verib.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı vinger bunları söyləyib:

“Komandada çoxlu yeni transfer var. Birlikdə bir ailəyə çevrilirik. Komanda yoldaşlarım da çox yaxşıdırlar.

Onlar komandaya tez bir zamanda uyğunlaşmağım üçün mənə çox dəstək verirlər. Əsasən də Solomonu qeyd etmək istəyirəm.

O mənə məşqlərdə və komanda yoldaşlarımla ünsiyyət qurmaqda çox kömək edir. Ona xüsusi təşəkkürümü bildirirəm. Digər komanda yoldaşlarım da çox yaxşı insanlardır.

Çempionat öz axarı ilə irəliləyir. Qarşıda çoxlu oyunlar var. Mən matçdan matça daha da yaxşı oynayacağam.

Çünki bir neçə ay idi ki, meydana çıxmırdım. Performansımı günbəgün yaxşılaşdıracam.”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti