"Neftçi"yə qələbə qazandıran Əliyevdən növbəti XOŞ XƏBƏR

29 Avqust 2022 23:00 Neftçi 2 285
"Neftçi"yə qələbə qazandıran Əliyevdən növbəti XOŞ XƏBƏR

Premyer Liqanın 4-cü turunu "Zirə" üzərində qələbə ilə (2:1) tamamlayan "Neftçi"də 2 günlük istirahət başa çatıb.

Belə ki, komanda bu gün Regekampfın rəhbərliyi altında bir araya gəlib.

Son qələbənin memarı olan Azər Əliyev də hazırlıqda iştirak edib.

Halbuki "Zirə" ilə matçda start heyətində oyuna başlayan futbolçu 79-cu dəqiqədə vurduğu qələbə qolunu qeyd edərkən zədələnmişdi.

Oyuna davam edə bilməyən yarımmüdafiəçini Fərid Yusifli əvəzləmişdi.

Həkim nəzarətindən keçən "7 nömrə"nin ciddi problemi olmadığı aşkarlanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?