"Neftçi"nin başı bu məşqçi və futbolçu qrupu ilə çox ağrıyacaq - Hər şey bu VİDEODA

27 Avqust 2022 17:40 Neftçi 1 551
"Neftçi"nin başı bu məşqçi və futbolçu qrupu ilə çox ağrıyacaq - Hər şey bu VİDEODA

Dünən Premyer Liqada IV tura start verilib. “Neftçi” və “Zirə” paytaxt derbisində üz-üzə gəlib.

“Ağ-qaralar” minimalhesablı qələbə qazanaraq, ötən tur “Sabah“a məğlubiyyəti nisbətən unutdurub - 2:1.

Qarşılaşmadan sonra “Neftçi”nin baş məşqçisi Lorentsiu Regekampf da dilə gəlib bildirdi ki, komandası odla oynayır.

Sportinfo TV-də yayımlanan "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov oyunun yekunu ilə bağlı şərhində qeyd edib ki, "Neftçi" bu minvalla "yana bilər":

“Odla oynamağın axırı yaxşı olmur. Belə ki, “Neftçi” hər matçda təzyiq göstərir, qol vurur, sonradan isə arxayınlaşır, nizam-intizam itir və qapısında qol görür.

Bundan sonra avral şəkildə vəziyyəti düzəltməyə çalışır. Bu dəfə alındı. Ancaq ötən turda “Sabah”a məğlubiyyət göstərdi ki, bu, heç də hər dəfə belə olmayacaq.

Komanda oyunboyu əzmkarlıq göstərməli və nizam-intizama riayət etməlidi. Əks halda, nəinki “Qarabağ”la çempionluq, medallar uğrunda da mübarizə aparmağa çətinlik çəkəcəklər.

Üstəlik, ehtiyat skamiya zəngin deyil. Bir mövqeyə eyni səviyyəli alternativ yoxdur. Komandanın başı bu məşqçi və alternativsiz futbolçu qrupu ilə çox ağrıya bilər”.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti