“Neftçi” transferindən yüzminlərlə avro qazandığı legioneri qaytarmaq istədi, lakin...

27 Avqust 2022 13:00 Neftçi 2 807
“Neftçi” transferindən yüzminlərlə avro qazandığı legioneri qaytarmaq istədi, lakin...

“Neftçi” keçmiş legioneri Mamadu Kaneni yenidən “Olimpiakos”dan icarəyə götürmək istəyib.

Bu haqda paytaxt təmsilçisindən Sportinfo.az-a məlumat daxil olub.

Bildirilib ki, hər iki klub arasında bununla bağlı danışıqlar getsə də, qvineyalı sonda başqa varianta üstünlük verib.

Azərbaycana qayıtmaq istəməyən yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək. Bu ölkə Yunanıstana yaxın olduğu üçün Kane “Olimpiakos”un məşqçilərinin diqqət mərkəzində qalmaq istəyib.

25 yaşlı afrikalı mövsümün sonunadək "Pafos"da çıxış edəcək.

Mamadu Kane 2019 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb.

"Olimpiakos"la 4 illik müqavilə imzalayan 2021/2022 mövsümünün ilk yarısında icarə əsəsında "ağ-qaralar"da oynayıb. 2020/2021 mövsümündə ölkə çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti