“Neftçi”də oynamış tanınmış: “Azərbaycanda yaxşı mənada hansısa iz buraxmışam”

26 Avqust 2022 21:20 Neftçi 2 359
“Neftçi”də oynamış tanınmış: “Azərbaycanda yaxşı mənada hansısa iz buraxmışam”

“Azərbaycanda hələ də danışdığım dostlarım var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin türkiyəli sabiq legioneri Suat Usta deyib.

2008-2010-cu illərdə “ağ-qaralar”ın şərəfini qorumuş müdafiəçi bildirib ki, daim əlaqə qurmaq, unutulmamaq, bağları qırmamaq - bunlar gözəl şeylərdir:

”Bəlkə də bu cür dərinlikləri futbol oynayanda anlamırdıq. Amma futbolla vidalaşandan, yaşa dolandan sonra geriyə çevrilib baxırsan ki, deməli Azərbaycanda yaxşı mənada hansısa iz buraxmışam.

Belə olmasaydı, bu gün nə sosial şəbəkələrdə hal-əhval tutardılar, nə də müsahibə üçün mənə zəng edərdiz”.

Suat Niderlandda doğulub və “PSV Eydhoven”də yetişib. Futbolçu karyerasında “Qalatasaray”, “Konyaspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Rizəspor”, “Diyarbəkirspor” kimi komandaların formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti