Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni əldən verən “Qarabağ”lıların keçirdiyi hisləri anlamaq çətin deyil.
İndiki anda onlara ən yaxşı psixoloji dəstəyi ancaq özləri verə bilər.
Baş verənləri unutmaq, Avropa Liqasının qrup mərhələsini düşünmək, gələcəyə ümidlə baxmaq gərəkir.
Son iki gündə ayrı-ayrı futbolçular sosial şəbəkə hesablarında etdikləri paylaşımlarla yadda qalır ki, daha çox komandanın qapıçısı Şahruddin Məhəmmədəliyevə dəstək mesajları diqqət çəkir.
Sosial şəbəkələrdə fəallığı ilə seçilən Qara Qarayev də kollektivdən kənarda qalmayıb.
Millinin də formasını geyinən yarımmüdafiəçi ingilis dilində çağırış edib:
“Biz birlikdəyik, biz davam etməliyik, biz “Qarabağ”ıq”.
Qaranın yazdıqlarına yaxın dostu,karyerasını başa vurmuş sabiq “Neftçi”li Mirhüseyn Seyidov bu cür reaksiya verib:
“Ən yaxşı kapitan. Siz qəhrəmanlarsınız. 9 ildir bunu sübut edirsiniz”.
Ən maraqlısı isə “Qarabağ”ın əzəli rəqibi, hazırda “ağ-qaralar”ın kapitan sarğısını yaşayan Emin Mahmudovun çempionatdakı əsas rəqibinə dəstək nümayiş etdirməsidir.
Mahmudov “Qarabağ”lılara “siz canavarsınız” şəklində dəstək olub.
“Qarabağ” Çempionlar Liqasının plef-offunda Bakıda qolsuz bərabərə qaldığı “Viktoriya”ya səfərdə 1:2 hesabı ilə uduzub. Azərbaycan çempionu çıxışını Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
HƏBİB / SPORTİNFO.AZ

