Regekampfı “Neftçi”yə Kamran Quliyevin dostu gətirib – ŞOK DETALLAR!

25 Avqust 2022 19:40 Neftçi 2 843
Regekampfı “Neftçi”yə Kamran Quliyevin dostu gətirib – ŞOK DETALLAR!

Avropanın tanınmış agentlərindən olan Leonid İstrati “Neftçi”nin prezidenti Kamran Quliyevlə yaxın dostdur.

Bunu moldovalı menecerin özü yaxın ətrafı ilə söhbətdə deyil. Həm də bir yox, bir neçə dəfə.

Dostluq təməlinin nə vaxt və harada qoyulması ilə işimiz yoxdur. Bildiyimiz odur ki, İstrati “Neftçi”nin transfer bazarında birbaşa iştirak edən adamdır.

Konkretləşdirsək, Quliyevin kluba rəhbər təyin olunmasından sonra əcnəbi baş məşqçilərin Azərbaycana dəvət olunmasında Leonid əsas pay sahibi kimi tanınır.

2018-ci ildə Roberto Bordini “Şerif”dən “Neftçi”yə məhz İstrati gətirmişdi. Burada uğurlu ola bilməyən italiyalı mütəxəssisə daha sonra Moldova millisində yer etdi.

Bordindən sonra Füzuli Məmmədov və Samir Abasov kimi yerlilərə şans verən Kamran bəy ötən mövsüm başa çatan kimi yenidən əcnəbi sevdasına düşüb və yenə İstratinin köməyinə ümid etməli olub.

Kamran Quliyev “Neftçi”nin baş məşqçi postuna ilk olaraq bu ilin fevralında məlum Rusiya-Ukrayna müharibəsinə görə “Şerif”dən ayrılan Yuri Vernidubu gətirmək istəyib. Moldovalı agent bununla bağlı hərəkətə keçib, tərəflər arasındakı danışıqlarda birbaşa iştirak edib, lakin Vernidub heç bir halda “ağ-qaralar”ın təklifini qəbul etməyib.

Daha sonra oxlar “Universitatya Krayova”dan ayrılan Laurentsiu Regekampfa yönəlib. Rumın mütəxəssis də İstratinin “yağlı” müştərilərindən hesab olunur. Rege Azərbaycanın adını eşidib nisbətən artıq məbləğ istəsə də, Leonid aradakı “buzları əridərək” onu ölkəmizə gəlməyə razı salıb.

Amma bir şərtlə: Regenin dönəmində “Neftçi”nin əcnəbi transferləri İstratinin əlindən keçəcək.

Solomon Kvirkveliya ilə Dato Arveladzenin keçidində moldovalı agentin pay sahibi olub-olmadığını iddia etmək çətindir.

Amma İsrailə bağlı olan 3 futbolçu – Qodsvey Donyo, Kenni Sayef və Ataa Caberin karyerasını Azərbaycanda davam etdirməsinin əsas səbəbkarı Kamran Quliyevin agent dostudur.

İstrati İsraildəki şərikinin əli ilə sözügedən futbolçuları “Neftçi”yə gətirməklə “ikinci əl” kimi də olsa pulunu qazanıb. İqor Boqomolski də “İstrati bazarının məhsulu” hesab olunur.

Yazılanlarla bağlı “Neftçi” rəhbərliyinin mövqeyini işıqlandırmağa hazırıq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti