“Neftçi”də bu gün: Qəhrəmanov uğursuz kadrına dəstək verdi

25 Avqust 2022 13:00 Neftçi 2 464
“Neftçi”də bu gün: Qəhrəmanov uğursuz kadrına dəstək verdi

Uğursuz fəaliyyəti səbəbindən son vaxtlar media və sosial şəbəkələrdə ciddi tənqidlərə məruz qalan “Neftçi”nin idman direktoru Zaur Əzizov umduğu dəstəyi alıb.

Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov ötən ilin dekabrında vəzifəyə gətirdiyi kadrın müdafiəsinə qalxıb.

Klubun bir nömrəli şəxsi Əzizova əvvəlki qaydada öz işini davam etdirməyi tapşırıb. Bununla belə, o, Lorentisu Regekamfın işindən narazıdır.

Komandanın sərgilədiyi zəif oyun, avrokuboklara erkən vida və Premyer Liqanın üçüncü turunda “Sabah”a 1:2 hesablı məğlubiyyət Qəhrəmanovu hiddətləndirib.

Rumıniyalı baş məşqçi artıq bu haqda məlumatlandırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?