"Neftçi"dən danışdı: "Bu dəfə şanssızlığın qurbanı olduq"

25 Avqust 2022 00:40 Neftçi 1 006
"Neftçi"dən danışdı: "Bu dəfə şanssızlığın qurbanı olduq"

"Hər iki oyunda yaxşı oynadıq. İkinci matçda 120 dəqiqə mübarizə apardıq.

Çox yorucu, eyni zamanda zövq aldığımız görüş oldu".

bunu "Neftçi"nin futbolçusu Mert Çelik Avstriyada "Rapid"ə (Vyana)0:2 hesabı ilə uduzduqları Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə "CBC Sport"da yayımlanan "Çempionlar Liqası özəl" verilişində qonaq olarkən deyib.

Türkiyəli müdafiəçi turnirdə mübarizəni dayandırmalarını bəxtsizliklə əlaqələndirib:

"Qol və ya qollar vura bilərdik. Ötən mövsüm məğlubiyyətimizin səbəbi təcrübəsizlik idi.

Bu dəfə isə şanssızlığın qurbanı olduq. Çünki hər iki matçda "Rapid"dən daha yaxşı oynadıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti