“Neftçi”nin çalışdırıcısı niyə futbolçuları “günah keçisi” edir? - VİDEO

23 Avqust 2022 19:40 Neftçi 1 050
“Neftçi”nin çalışdırıcısı niyə futbolçuları “günah keçisi” edir? - VİDEO

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilən “Sabah”- “Neftçi” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmadan sonra “Neftçi”nin baş məşqçisi Lorentsiu Regekamf futbolçulara xəbərdarlıq edib, onların daha məsuliyyətli olmasının vacibliyini diqqətə çatdırıb.

Sportinfo TV-nin "Futbol söhbəti" verilişinin aparıcısı Elçin Cəfərov rumıniyalı mütəxəssisin mövqeyi ilə bağlı tənqidi fikirlər səsləndirib.

Bildirib ki, rumıniyalı çalışdırıcı artıq neçənci dəfədir futbolçuları günahlandırır:

“Dünya praktikasında baş məşqçi-futbolçu münasibətlərinin korlanmasına gedən tərəf həmişə çalışdırıcı olub.

Rumın mütəxəssislər bir çox hallarda futbolçuları günahkar çıxarmağa adət ediblər. Regekamf da onlardan geri qalmır”.

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?