"Qarabağ"ın kapitanı "Viktoriya" ilə cavab matçında forma geyinəcəkmi?

22 Avqust 2022 11:00 Neftçi 1 238
"Qarabağ"ın kapitanı "Viktoriya" ilə cavab matçında forma geyinəcəkmi?

"Qarabağ"ın kapitanı Maksim Medvedev Çexiyada "Viktoriya"ya (Plzen) qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu da buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov bildirib.

50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin fərdi hazırlığa yeni başladığını və hələ kollektiv çalışmalara qatılmadığını söyləyib.

Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Maksim Medvedev İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən, Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını, həmçinin "Viktoriya" ilə ilk görüşü buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?