“Sabah” vs "Neftçi": İki İNSİDENT, ÜÇ... FOTOREPORTAJ

21 Avqust 2022 11:20 Neftçi 1 509
“Sabah” vs "Neftçi": İki İNSİDENT, ÜÇ... FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Neftçi" günün yeganə matçında "Sabah"ın qonağı olub.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

37-ci dəqiqədə Murad Musayevin baş məşqçi olduğu komanda 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Kristian Sebalyosun vurduğu topu "ağ-qaralar"ın qapıçısı İvan Brkiç çıxarıb.

Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Yusuf Laval açıb. 78-ci dəqiqədə "Sabah"dan Aleksey İsayev penaltidən tarazlığı bərpa edib.

Daha sonra insident baş verib. Əvvəlcə ikili mübarizə zamanı meydan sahiblərindən Aleksey İsayev qonaqların yarımmüdafiəçisi Kenni Sayefə qarşı kobudluqdan sonra onu itələyib.

Ardınca isə cərimə zərbəsi zamanı "Sabah"dan Abdulaye Ba ilə "Neftçi"dən Voislav Stankoviç arasında gərginlik baş verib. Matçın baş hakimi Fərid Hacıyev hər iki futbolçunu sarı vərəqə ilə cəzalandırıb.

Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə iEmanuel Apeh penaltini dəqiq yerinə yetirməklə, komandasına qələbə qazandırıb. Bu, "Sabah"ın evdə "Neftçi" üzərində ilk qələbəsi olub.

Bu qələbədən sonra xallarını 9-a çatdıran "Sabah" liderliyini möhkəmlədib. "Neftçi" isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti