"Neftçi"nin idman direktorunu bu vəziyyətdə görən olmamışdı - Üzgün, yorğun və bitkin... VİDEO

21 Avqust 2022 13:00 Neftçi 2 139
"Neftçi"nin idman direktorunu bu vəziyyətdə görən olmamışdı - Üzgün, yorğun və bitkin... VİDEO

"Neftçi" Azərbaycan Premyer Liqasında ilk məğlubiyyətini dünən aldı.

Komanda "Sabah" qarşısında 78 dəqiqə öndə olsa da sonda məğlubiyyətdən qaça bilmədi - 1:2.

Premyer Liqadakı ilk ciddi sınaqdan üzüağ çıxa bilməmək "ağ-qaralar"ın rəhbərliyini pərişan etmişdi. Məğlubiyyətə ən çox üzülənlərdən birinin isə komandanın idman direktoru Zaur Əzizov olduğunu demək olar.

Belə ki, final fitindən sonra hər kəs arenanı tərk etdiyi halda, o, yenidən arenaya geri qayıtdı. Üzgün, yorğun və bitkin halda.

Simasından çarəsizlik yağan klub funksioneri uzun müddət təkliyə çəkilib, ağır məğlubiyyətin üzüntüsünü yaşadı. Əməkdaşımız həmin anın kadrlarını sizə təqdim edir

Həmin görüntüləri bu linkə daxil olaraq izləyə bilərsiz:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?