"Neftçi"dən aldığı legioneri icarəyə verdi - "Olimpiakos"

21 Avqust 2022 09:20 Neftçi 2 196
"Neftçi"dən aldığı legioneri icarəyə verdi - "Olimpiakos"

Yunanıstan "Olimpiakos"u Mamadu Kaneni icarəyə verib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.

Qvineyalı oyunçu mövsümün sonunadək "Pafos"da çıxış edəcək.

Mamadu Kane 2019 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb.

"Olimpiakos"la 4 illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsəsında "ağ-qaralar"da oynayıb.

Afrikal 2020/2021 mövsümündə "Neftçi" ilə ölkə çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?