“Neftçi” hücumçusundan qurtula bilmir – PUL SÖHBƏTİ VAR

17 Avqust 2022 21:20 Neftçi 3 137
“Neftçi” hücumçusundan qurtula bilmir – PUL SÖHBƏTİ VAR

Son illəri “Neftçi”də keçirmiş Mirabdulla Abbasov əsas komanda lazım deyil.

Baş məşqçi Laurentsiu Regekamp 27 yaşlı hücumçunu iş başında görəndən sonra qərarını verib, yoxsa Abbasovun komandada olmaması rəhbərliyin istəyidir – bu barədə dəqiq nəsə demək çətindir.

Dəqiq olan odur ki, vaxtilə ağ-qara formada qolları sıralayan futbolçu “Neftçi”yə lazım deyil, buna rəğmən hələ klubdadır. Daha doğrusu, “Neftçi-2”də.

Bəs, niyə başqa kluba keçmir? Onu bu addımı atmağa məcbur edən nədir?

Rəhbərlik bir müddət öncə Mirabdullaya müqavilə şərtlərinə qarşılıqlı raz ılıq əsasında xitam verməyi təklif edib. Fəhmin Muradbəyli buna razılaşsa da, Abbasov anlaşmanın müddətinin davam etdiyini deyərək getmək fikrində olmadığını söyləyib.

Çünki real təklifi olmayıb. Maraqlananlar da qəpik-quruş təklif ediblər. “Neftçi”dəki aylıq maaşının 10 min dollar civarında olduğunu nəzərə alsaq, 3-5 min manata “Kəpəz”də, yaxud “Turan Tovuz”da oynamağa razılıq verməzdi təbii ki.

İndi formada qalmaq üçün “Neftçi-2”də məşq edib ölkə daxilindən və xaricindən təklif gözləyir. Maddi planda sərfəli variant olsa, gedəcək. Əks halda müqaviləsinə arxalanıb aybaay “Neftçi”dən pulunu alacaq.

Mirabdulla Abbasov ayrı-ayrı vaxtlarda “Neftçi” formasında meydana çıxdığı 112 qarşılaşmada rəqib qapılarından 21 top keçirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti