Premyer Liqanın ikinci turunda "Kəpəz"i məğlub edən (5:2) "Neftçi" matçı itkisiz başa vura bilmədi.
Belə ki, ilk 15 dəqiqədə rəqib qapısından 3 qol keçirən "ağ qaralar" 29-ci dəqiqədə komandanın forvardı Qodsvey Donyonun zədələnməsinə üzülməli oldu.
Matça davam edə bilməyən futbolçunu Rəhman Hacıyev əvəzlədi.
12-ci dəqiqədə komandasının 2-ci qolunu vuran qanalının belə erkən əvəzlənməsi zədənin ciddiliyindən xəbər verirdi.
Amma narahatlığa əsas yoxdur. Çünki qanalı hücumçunun zədəsi o qədər də ciddi deyil. Görünür, hesabın böyük olması Regekampfın risk etməməyə zövq edib.
Onu da əlavə edək ki, "11 nömrə" hətta növbəti tur "Sabah"la ağır oyunda iştirak edə biləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

