"Neftçi"nin baş məşqçisi: "Heç kimdən çəkinmirəm, nə istəyiblərsə, etmişik"

15 May 2022 09:00 Neftçi 1 051
"Neftçi"nin baş məşqçisi: "Heç kimdən çəkinmirəm, nə istəyiblərsə, etmişik"

"Fikrimcə, bu açıqlamamdan sonra onlar da bizi anlayışla qarşılayarlar".

Sportinfo.az xəbər verir ki, bunu " Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

Qəbələdə baş verən hadisəyə görə komandanın sadiq azarkeşlərinin ondan incidiyini söyləyən çalışdırıcı həmin ifadəni bütün fanatlara aid etmədiyini vurğulayıb:

"İndiyədək bütün fanatların istəklərini komanda olaraq qarşılamışıq. Nə istəyiblərsə, etmişik. Bu cür hadisə məni də üzdü.

Yenə deyirəm, heç kimdən çəkinmirəm. Telefonla danışdığım azarkeşlər də olub. Özlərinə də deyirəm ki, komanda bu vəziyyətdə ikinci yeri tutubsa, ən azından nəyəsə nail olub.

"Qaradağ Lökbatan"ın futbolçularını da gətirsən, azarkeşlərimiz bu komandadan çempionluq istəyəcəklər. Biz verdiyimiz sözə görə mübarizə aparacağıqq.

Alınıb-alınmayacağını, hara kimi çatacağımızı zaman göstərəcək. Meydanda canımızı qoyacağıq. Razıyam, oyun baxımından narazılıq ola bilər.

Məni qınayırlar ki, mətbuat konfranslarında öz oyunçuların haqqında belə danışırsan. Mən reallığı deyən insanam.

"Zirə" ilə matçdan sonra meydanda yalnız rəqib komandanın olduğunu deyirəmsə, bu, birbaşa mənim özümə toxunur.

Çünki komandanı hazırlayıb meydana çıxaran mənəm. Öz komandamın çıxışından narazıyamsa, deməli, nələrsə yaxşı getmir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı