“Neftçi”yə uduzsaq da, nikbinlik qalır - Bunun faydasını görəcəyik”

26 Yanvar 2022 20:20 Neftçi 815
“Neftçi”yə uduzsaq da, nikbinlik qalır - Bunun faydasını görəcəyik”

“Neftçi” ilə oyun bizə çox şey verdi. Bu qarşılaşmadan bir sıra nəticələr çıxara bilərik”.

Sportinfo.az xəbər verir ki, bunu Polşanın “Qurnik” klubunun baş məşqçisi Kamil Keres deyib.

O, Antalya toplanışında “Neftçi”yə qarşı keçirilən matçı dəyərləndirib:

“Bəzi oyunçularımız üçün ilk matç oldu. İlk 45 dəqiqəni ötən mövsümü başa vurduğumuz heyətlə keçirdik. Həmin vaxt ardıcıl üç qələbə qazanmışdıq.

Yalnız xəstələnən Matsek Qostomski istisna idi. İlk yarı xeyli nikbinlik verir. Bu üzdən də razı qaldım.

Ötən oyunla müqayisədə taktiki elementləri düzəltdik, çatışmazlıqları aradan qaldırdıq. Taktiki baxımdan müsbət şeylər çox oldu.

Düşünürəm ki, ilk hissədə topa rəqibdən çox nəzarət edib, qol imkanları yaratdıq. Amma effektlilik çatmadı. Hesabı açmaq üçün xeyli imkanımız da oldu”.

Keres 0:1 hesablı məğlubiyyəti heyətdəki dəyişikliklərlə izah edib:

“İkinci hissədə yeni futbolçulara da şans verdik. Düşərgəmizdə olanların hamısı oynamalı idi. Bərpa prosesi keçən futbolçular da var.

Bu üzdən qarışıq, heç vaxt oynamadığımız oyun düzülüşü ilə oynadıq. İkinci hissənin ilk yarım saatı daha çox qaçmağa sərf etdik.

Əvəzetmələr sayəsində son 15 dəqiqə bizim xeyrimizə oldu. Zərbələr də endirsək də, hesabı bərabərləşdirə bilmədik.

Düzdür, uduzduq. Amma hələ hazırlıq prosesidir və ilk yarıdakı nikbinlik qalır. Ümid edirəm ki, bunun faydasını görəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda