"Neftçi"də prezidentlə baş məşqçi görüşdü - Transfer məsələləri masada

7 Dekabr 2021 01:00 Neftçi 1 960
"Neftçi"də prezidentlə baş məşqçi görüşdü - Transfer məsələləri masada

"Neftçi"nin prezidenti Kamran Quliyev və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, görüşdə transfer məsələləri müzakirə olunub, komandanı tərk edəcək futbolçularla bağlı fikir mübadiləsi aparılıb.

Cari mövsümün əvvəlində transfer olunmuş Harramiz Soaresin qış fasiləsində komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirən Allahverdiyev hələlik vidalaşacaqları oyunçularla bağlı qərar qəbul olunmadığını söyləyib.

Müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan Mamadu Kanenin durumuna da toxunan klub rəsmisi qarşı tərəfdən cavab gözlədiklərini bildirib:

"Olimpiakos"un Kaneni qışda heyətinə cəlb edib-etməyəcəyini bilmirik. Ona görə bu məsələdə də qeyri-müəyyənlik davam edir" (report).

"Neftçi" 10 - 25 yanvarda Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışı keçməyi planlaşdırır.

Son ölkə çempionu burada 3 yoxlama matçında qüvvəsini sınayacaq. Allahverdiyev rəqiblərlə bağlı danışıqların davam etdiyini vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"